Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Elm sahəsi üzrə “Gənclər üçün Prezident mükafatı”na Neft-Kimya Prosesləri İnstitutunun əməkdaşı layiq görülüb
01.02.2016 17:58
  • A-
  • A
  • A+

Elm sahəsi üzrə “Gənclər üçün Prezident mükafatı”na Neft-Kimya Prosesləri İnstitutunun əməkdaşı layiq görülüb

AR Prezidenti İlham Əliyev elm, təhsil, mədəniyyət və ictimai fəaliyyət sahələrində xüsusi fərqlənən gənclərin mükafatlandırılması məqsədilə  “2016-cı il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında” Sərəncam imzalayıb.

Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən elm sahəsi üzrə bu mükafata  3 gənc alimin namizədliyi irəli sürülmüşdür.

Sərəncama əsasən, mükafata Neft-Kimya Prosesləri İnstitutunun əməkdaşı Fəxriyyə Məmmədova layiq görülüb.

Mükafat 10 min AZN, diplom, mükafatın nişanı və vəsiqəsindən ibarətdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

  • Paylaş: