Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

Şərqşünaslıq İnstitutu ilə İran Mədəniyyət Mərkəzi arasında əlaqələr genişlənir
01.02.2016 09:25
  • A-
  • A
  • A+

Şərqşünaslıq İnstitutu ilə İran Mədəniyyət Mərkəzi arasında əlaqələr genişlənir

İran İslam Respublikasının ölkəmizdəki səfirliyinin Mədəniyyət Mərkəzinin sədri İbrahim İbrahimi yanvarın 29-da AMEA akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunda bu elm müəssisəsinin direktoru, AMEA-nın müxbir üzvü Gövhər Baxşəliyeva ilə görüşüb.

Görüşdə ölkələrimizin elm, təhsil, mədəniyyət sahəsində əlaqələrindən söz açılıb.

Şərqşünaslıq İnstitutu ilə İran Mədəniyyət Mərkəzi arasında əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində müzakirələr aparılıb.

Həmçinin Azərbaycanda və İranda birgə elmi tədbirlərin keçirilməsi, alimlərin qarşılıqlı səfərləri, Şərqşünaslıq İnstitutunda iranşünaslığa dair kitabların təkrar nəşri və bu sahədə yeni elmi əsərlərin çap etdirilməsi məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: