Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

01.02.2016 09:20
  • A-
  • A
  • A+

AMEA məktəblilər arasında elmin təbliği istiqamətində fəaliyyətini davam etdirir

AMEA məktəblilər arasında elmin təbliği istiqamətində fəaliyyətini davam etdirir

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) məktəblilər arasında elmin təbliği istiqamətində fəaliyyətini davam etdirir.

Təhsil Nazirliyi nəzdində Respublika Ekoloji Tərbiyə Mərkəzi, AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK) və “Bakı Ağ Şəhər”in birgə təşkilatçılığı ilə “Ekosfera” Sosial-Ekoloji Mərkəzin Gənc Ekoloqlar Məktəbinin şagirdləri AMEA-da olub, akademiyanın 70 illik fəaliyyətindən bəhs edən sərgiyə baxıblar.

“Yaşil idarəçilik, yaşil memarlıq, şəhərsalma, informasiya əlaqələri və texnologiya” adlı üç günlük qış məktəbində 7-14 yaşlı məktəblilər iştirak ediblər.

Sərginin rəhbəri, tarix üzrə fəlsəfə doktoru Nuridə Quliyeva gənc ekoloqları AMEA-nın institut və təşkilatlarının apardığı elmi araşdırmaların nəticələrini əks etdirən sərgi barədə məlumat verib. Həmçinin məktəblilər akademiyanın elmi müəssisələrinin fəaliyyəti barədə videoçarxları izləyiblər.

Şagirdlərə yaşıl mühafizə, ekologiya, enerji, yeraltı təbii ehtiyatlar və bu istiqamətdə AMEA-nın elmi müəssisələrinin mühüm tədqiqatları, həyata keçirilən innovativ layihələr barədə məlumat verilib.

AMEA-nın elmi müəssisələri, regional bölmə və elmi mərkəzlər, rəyasət heyəti üçün ayrılmış guşələrdə təqdim edilən sərgilər məktəblilər tərəfindən maraqla qarşılanıb.

Daha sonra gənc ekoloqların MEK-ə ekskursiyası təşkil edilib. Şagirdlər oxucuların qeydiyyatdankeçmə, kataloqlardan kitab seçərək sifarişvermə prosesi ilə tanış olublar. Sərgi zalı və elektron oxu zallarını ziyarət edən şagirdlərə sorğuya görə informasiyanın axtarışı, elektron avadanlıqdan istifadə qaydaları və onların iş prinsipi ilə bağlı məlumat verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

 

  • Paylaş: