Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

AMEA-nın Gəncə Bölməsinə nadir əlyazmalar gətirilib
29.01.2016 13:25
  • A-
  • A
  • A+

AMEA-nın Gəncə Bölməsinə nadir əlyazmalar gətirilib

AMEA Gəncə Bölməsinin Türkiyəyə ezam olunmuş əməkdaşları tərəfindən arxiv və kitabxanalardan Gəncə şəhərinin, o cümlədən Qafqazın tarixinə aid çoxlu sayda əlyazma, miniatür və kitabların surəti ölkəmizə gətirilib.

Belə ki, Türkiyənin bir neçə arxiv və kitabxanasında aparılan araşdırmalardan sonra Baş Bakanlık Osmanlı Dövlət Arxivindən Gəncə şəhərinin hərbi-siyasi və iqtisadi tarixinə aid 181 arxiv sənəd toplanaraq, Akademiyaya təhvil verilib.

Həmçinin əsli Fransa Milli Kitabxanasında saxlanılan Nizami Gəncəvinin 1365-ci ilə aid 649 ədəd əlyazması və “Xəmsə”yə həsr edilmiş 25 miniatürün surəti İstanbulun Süleymaniyyə Kitabxanasından Akademiyaya gətirilib.

Qeyd edək ki, hazırda Akademiyaya daxil olan arxiv materiallarının üzərində elmi tədqiqat işləri aparılır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: