Akademik İbrahim Quliyev AMEA Neft və Qaz İnstitutunun direktoru vəzifəsini icra edən təyin edilib. Bu haqda qərar AMEA Rəyasət Heyətinin iclasında qəbul olunub.
AMEA Neft və Qaz İnstitutu “Azərbaycan Milli Elmlər Akademiyasının strukturunun və işçilərinin say həddinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 noyabr 2015-ci il tarixli qərarı ilə Akademiyanın strukturuna daxil edilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir