Professor Cəlal Qasımovun “Azərbaycan folklorşünasları (1920-1950)” kitabı "Elm" nəşriyyatında çapdan çıxıb.
Kitabın elmi redaktoru Folklor İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Muxtar Kazımoğlu-İmanov, rəyçiləri prof. Kamran Əliyev və fil.ü.e.d. Seyfəddin Rzasoydur.
Tədqiqatda 1920-1950-ci illərin elmi mühiti, xüsusən də Azərbaycan folklorşünaslarının repressiv və totalitar rejim şəraitində göstərdiyi fədakarlıqlar faktlar və sənədlər əsasında öyrənilib. Kitabda ayrı-ayrı folklorşünaslarla bağlı ilk dəfə aşkara çıxarılan arxiv materialları Azərbaycan folklorşünaslıq elminin tarixinin, onun diqqətdən kənarda qalmış bir çox məsələlərinin öyrənilməsi baxımından böyük əhəmiyyət kəsb edir.
Yeni nəşr bu sahədə çalışan mütəxəssislər və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir