Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  YUBİLEYLƏR

Füzulişünas-alim Vəcihə Feyzullayevanın 80 illik yubileyi qeyd olunub
19.12.2013 00:00
  • A-
  • A
  • A+

Füzulişünas-alim Vəcihə Feyzullayevanın 80 illik yubileyi qeyd olunub

AMEA Nizami adına Ədəbiyyat İnstitutunda Füzulişünas-alim, filologiya üzrə fəlsəfə doktoru Vəcihə Feyzullayevanın 80 illik yubileyi münasibətilə tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan AMEA Ədəbiyyat İnstitutunun direktoru vəzifəsini icra edən, akademik İsa Həbibbəyli ədəbiyyatşünas-alimin elmi yaradıcılığından söz açıb. V.Feyzullayevanın “Füzulinin qəsidələri” monoqrafiyasının məziyyətlərindən danışan İ.Həbibbəyli yubilyarın Azərbaycan Füzulişünaslıq elminə mühüm töhfələr verdiyini, göstərilən elmi istiqamət üzrə əhəmiyyətli araşdırmalar apardığını diqqətə çatdırıb. İnstitut rəhbəri bu mərasimlə Ədəbiyyat İnstitutunun 80 illik yubileyi tədbirlərinə start verildiyini önə çəkərək, elmi-tədqiqat müəssisəsinin əldə etdiyi uğurlardan, Azərbaycan ədəbiyyatşünaslıq elminin tarixi inkişaf mərhələlərindən, institut həyatında mühüm xidmətləri olmuş görkəmli alimlərin fəaliyyətindən danışıb. Akademik İ.Həbibbəyli tədqiqatçı-alim Vəcihə Feyzullayevanı institutun kollektivi adından təbrik edərək ona AMEA Azad Həmkarlar İttifaqının Fəxri Fərmanını təqdim edib.

Sonra filologiya elmləri doktorları – institut Həmkarlar təşkilatının sədri, professor Asif Rüstəmli, Fəridə Əzizova və Aida Feyzullayeva çıxış edərək yubilyarın yaradıcılığından danışıblar.

Sonda V.Feyzullayeva ona göstərilən diqqətə görə institut rəhbərliyinə və tədbir iştirakçılarına minnətdarlığını bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: