Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Azərbaycanlı alimin kitabları Almaniyada çapdan çıxıb
24.12.2015 11:11
  • A-
  • A
  • A+

Azərbaycanlı alimin kitabları Almaniyada çapdan çıxıb

AMEA Fəlsəfə və Hüquq İnstitunun elmi işlər üzrə direktor müavini, professor Bəhram Zahidovun  “Qısqanclıq - qəsdən qətl motivi kimi""Narkobizleslə mübarizənin müasir problemləri” adlı kitabları Almaniyanın “Palmarium” nəşriyyatında alman və rus dillərində çapdan çıxıb.

Hüquq elmləri doktoru, professor İ.M.Rəhimovun elmi redaktoru olduğu monoqrafiyada narkobiznesin hüquqi, sosial, siyasi və psixoloji faktorlarından söhbət açılır. Eyni zamanda bu cinayətin yayılma miqyası, özünəməxsusluğu və digər cinayətlərlə inteqrasiyasından bəhs edilir. Kitabda narkotik cinayətin yalnız hüquqi tərəfləri deyil, həmçinin sosial-iqtisadi, sosial-siyasi və ideoloji tərəfləri də geniş araşdırılaraq ona qarşı mübarizənin yolları göstərilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: