Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

23.12.2015 09:44
  • A-
  • A
  • A+

Türk Dil Qurumunun başqanı Əlyazmalar İnstitutunun qonağı olub

Türk Dil Qurumunun başqanı Əlyazmalar İnstitutunun qonağı olub

Dekabrın 22-də Türkiyə Respublikasının nüfuzlu dil mərkəzi Türk Dil Qurumunun başqanı prof. Dr. Mustafa S. Kaçalin AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun qonağı olub.

Qonaq institutun direktoru, AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli ilə görüşüb. Mustafa bəy özünün və rəhbərlik etdiyi qurumun Türk xalqları ədəbiyyatının öyrənilməsi sahəsindəki fəaliyyəti barədə məlumat verib. Teymur Kərimli də öz növbəsində qonağa institutun tarixi, burada görülən işlər və əlyazmaların mühafizəsi, bərpası, nəşrə hazırlanması və elektronlaşması haqqında danışıb. Əlyazmaların elektron sərgi köşkü Mustafa bəyin xüsusi marağına səbəb olub.

Bununla yanaşı, qonaq Əlyazmaların Ekspozisiya zalı, əlyazmaların saxlancı, bərpa laboratoriyası və oxu zalı ilə tanış olub.

Görüşdə Əlyazmalar İnstitutunun elmi katibi, fil.ü.f.d. Əzizağa Nəcəfov, baş elmi işçi, tarix.ü.e.d. Tahirə Həsənzadə, şöbə müdiri Nigar Babaxanova iştirak ediblər. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: