Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Asteroid qurşağında kosmik küləklərin optik effektləri” adlı kitab çapdan çıxıb
18.12.2015 09:47
  • A-
  • A
  • A+

“Asteroid qurşağında kosmik küləklərin optik effektləri” adlı kitab çapdan çıxıb

AMEA Şamaxı Astrofizika Rəsədxanasının əməkdaşları, fizika üzrə fəlsəfə doktorları Şestopalov Dmitriy İvanoviçQluboeva Larisa Fyodorovnanın Kanadanın Vinnipeq Universitetinin professoru Edvard Klutislə birgə “Asteroid qurşağında kosmik küləklərin optik effektləri” adlı kitabı Almaniyada nəşr edilib.

"LAMBERT Academic Publishing" nəşriyyatında işıq üzü görən kitabda Günəş küləyi protonlarının və mikro meteorit zərbələrinin təsiri nəticəsində asteroidlərin səthinin optik xüsusiyyətlərinin dəyişməsi problemindən və onların səthinin ümumi mineral tərkibinin uzaq məsafədən spektral analizinə bu dəyişmələrin təsirindən bəhs olunur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

  • Paylaş: