Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

Botanika İnstitutu bitki müxtəlifliyinin mühafizəsi üzrə beynəlxalq əməkdaşlığı möhkəmləndirir
17.12.2015 15:44
  • A-
  • A
  • A+

Botanika İnstitutu bitki müxtəlifliyinin mühafizəsi üzrə beynəlxalq əməkdaşlığı möhkəmləndirir

Böyük Britaniyanın Kyu Kral Botanika Bağının Minilliyin Toxum Bankı Tərəfdaşlığının (MTBT) Qafqaz üzrə yeni əlaqələndiricisi Aisyah Faruk AMEA Botanika İnstitutunda olub.

Səfərin məqsədi Botanika İnstitutu ilə MTBT arasında 2012-ci ildə bağlanmış memorandumun müddətinin uzadılması və yeni memorandumun imzalanmasının müzakirəsi olub.

Botanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Validə Əlizadə ilə görüşən qonaq 2013-2015-ci illərdə Azərbaycanın yabanı bitki növlərinin mühafizə edilməsi məqsədi ilə həyata keçirilən “Qafqaz florasının mühafizəsi: “Azərbaycanın yabanı bitki növlərinin toxumlarının toplanması” layihəsi üzrə aparılan işlər və əldə olunan nəticələrlə tanış olub. Bu layihənin 2016-2019-cu illərdə davam etdirilməsi imkanları, həmçinin Azərbaycanın yox olma təhlükəsi altında olan qiymətli ağac növlərinin qorunması istiqamətində yeni “Ağac Toxum Layihəsi”nin (2016-2019) həyata keçirilməsi üzrə iş planları müzakirə edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: