Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

AMEA-da ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib
11.12.2015 15:43
  • A-
  • A
  • A+

AMEA-da ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib

AMEA-nın Şərqşünaslıq, Əlyazmalar, Radiasiya Problemləri, Arxeologiya və Etnoqrafiya institutlarında, o cümlədən Hüseyn Cavidin Ev Muzeyində xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım tədbirləri keçirilib.

Tədbirlərdə müdrik dövlət xadimi, uzaqgörən siyasətçi Heydər Əliyevin Azərbaycan tarixindəki əvəzolunmaz rolundan bəhs edib. Bildirilib ki, ümummilli lider Heydər Əliyev öz mənalı həyatını xalqına həsr edib və dahi rəhbərin zəngin siyasi fəaliyyəti əsl dövlət idarəçiliyi məktəbinə çevrilib. Ulu Öndər Azərbaycan xalqının tarixində və taleyində elə bir şərəfli iz qoyub ki, onun xatirəsi xalqın qəlbində əbədi yaşayacaqdır. Bu gün Ümummilli Liderin ideyaları Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir.

Anım tədbirlərində Ulu Öndərin şərəfli ömür yolunu əks etdirən videosüjetlər də nümayiş olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: