Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Azərbaycan alimi "Ən yaxşı vətənpərvər tədqiqatçı alim" qızıl medalı ilə təltif edilib
10.12.2015 14:44
  • A-
  • A
  • A+

Azərbaycan alimi "Ən yaxşı vətənpərvər tədqiqatçı alim" qızıl medalı ilə təltif edilib

AMEA İdarəetmə Sistemləri İnstitutunun İntellektual sistemlər laboratoriyasının rəhbəri, riyaziyyat üzrə fəlsəfə doktoru Gülçin Abdullayeva “Avropa Nəşr Mətbuat Evi” mükafat komissiyasının qərarına əsasən “Ən yaxşı vətənpərvər tədqiqatçı alim” qızıl medalı ilə təltif olunub.

G.Abdullayeva bu mükafata milli mənəvi dəyərlərimizin qorunmasında, istedadlı gənc alimlərin hazırlanmasında səmərəli fəaliyyətinə, diaqnostika, monitorinq, intellektual informasiya sistemlərinin işlənməsi, xalq təsərrüfatının müxtəlif sahələrindəki uğurlu tədqiqatlarına görə layiq görülüb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: