Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

“Horizon-2020”  Proqramı  üzrə seminar təşkil olunub
08.12.2015 16:38
  • A-
  • A
  • A+

“Horizon-2020” Proqramı üzrə seminar təşkil olunub

AMEA Radiasiya Problemləri İnstitutunda Avropa Birliyinin “Horizon-2020” Proqramı üzrə məlumatlandırma seminarı keçirilib.

Tədbiri giriş sözü ilə istitutun direktoru, professor Oqtay Səmədov açaraq əməkdaşları Proqram üzrə elan olunan layihələrdə fəal iştirak etməyə çağırıb.

Sonra “Horizon-2020” Proqramının “Təhlükəsiz enerji və enerji effektivliyi”  üzrə əlaqələndiricisi, AMEA-nın müxbir üzvü İslam Mustafayev layihə barədə məlumat verib.

Daha sonra çıxış edən İdarəetmə Sistemləri İnstitutunun aparıcı elmi işçisi, f-r.e.n. Elxan Səbziyev proqramların tərtib edilməsi, tərəfdaşların cəlb olunması, elan olunmuş istiqamətlər üzrə layihələrin təqdim edilməsi qaydalarından bəhs edib. Məruzəçi seminar iştirakçılarının suallarını cavablandırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: