Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Böyük türkmən şairi Məhtimqulu Fəraqinin “Divan”ı nəşr edilib
04.12.2015 09:14
  • A-
  • A
  • A+

Böyük türkmən şairi Məhtimqulu Fəraqinin “Divan”ı nəşr edilib

Böyük türkmən şairi Məhtimqulu Fəraqinin “Divan”ı AMEA Əlyazmalar İnstitutunda saxlanan nüsxə əsasında ilk dəfə nəşr etdirilib. Əsərin mətni ilə bərabər fotofaksimilesi də verilib.

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin elmi redaktorluğu və “Ön sözü” ilə çap edilən əsəri Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov, türkmən tədqiqatçıları Rəhmanverdi Qodarov və Rəhimməmməd Kurenov müasir əlifbaya transliterasiya edib, İsmixan Osmanlı türkmən dilindən Azərbaycan dilinə çevirərək qeyd və izahlar yazıb.

Nəşrin rəyçiləri Humanitar Elmlər Bölməsinin akademik-katibi, Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli, Türkmənistan Elmlər Akademiyasının müxbir üzvü Annaqurban Aşırov və professor Məmməd Əliyevdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: