Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

AMEA Şəki Regional Elmi Mərkəzinin illik hesabatı dinlənilib
12.12.2013 00:00
  • A-
  • A
  • A+

AMEA Şəki Regional Elmi Mərkəzinin illik hesabatı dinlənilib

AMEA Şəki Regional Elmi Mərkəzində (ŞREM) Elmi Şuranın növbəti iclası keçirilib.

ŞREM-in direktoru, g.-m.e.d. Zəkəriyyə Əlizadənin rəhbərliyi ilə keçirilən şurada mərkəzin illik hesabatı dinlənilib.

Hesabat məruzəsi ilə çıxış edən g.-m.e.d. Zəkəriyyə Əlizadə 2013-cü ildə mərkəzdə həyata keçirilən elmi-tədqiqat işləri, konfrans, seminar, simpoziumlarda iştirak, çap olunmuş elmi əsərlər, qəzet və jurnallarda dərc olunan məqalələr, elmi-təşkilati fəaliyyət və s. haqqında ətraflı məlumat verib.

ŞREM-in cari ildə əldə etdiyi mühüm nəticələrdən söz açan elmi işlər üzrə direktor müavini, biologiya üzrə fəlsəfə doktoru Zərbalı Xəlilov iki əməkdaşın filologiya və biologiya üzrə fəlsəfə doktoru adını almaq üçün dissertasiya işlərini müvəffəqiyyətlə müdafiə etdiklərini bildirib. Qeyd edib ki, əməkdaşların 35-dən çox elmi məqaləsi xarici və respublikanın müxtəlif elmi jurnallarında dərc edilmişdir.

Sonra ŞREM-in elmi katibi, tarix üzrə fəlsəfə doktoru R.Sadıqov illik hesabatla çıxış edib.

Hesabatla bağlı müzakirələr aparılıb. fil.e.d., professor F.İbrahimov, fizika üzrə fəlsəfə doktoru Y.Şükürlü, fizika üzrə fəlsəfə doktoru İ.Salmanov və başqaları çıxış edərək hesabatı müsbət qiymətləndiriblər, rəy və təkliflərini səsləndiriblər.

Elmi Şura üzvləri Azərbaycanda elm sahəsində gənclərə göstərilən diqqət və qayğı nəticəsində Elmi Mərkəzdə Gənc alim və mütəxəssislər şürasının yaradılmasını təqdirəlayiq hal kimi qiymətləndiriblər, gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: