Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Akademik Nailə Vəlixanlının kitabı Almaniyada nəşr olunacaq
30.11.2015 10:43
  • A-
  • A
  • A+

Akademik Nailə Vəlixanlının kitabı Almaniyada nəşr olunacaq

Dünyanın aparıcı nəşriyyat evlərindən olan “Palmarium Academic Publishing” Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlının “İbn Xordadbeh. Yollar və məmləkətlər kitabı”nı (“İbn Хоrdаdbех. Кniqa putey i stran”) nəşr edəcək.

Qeyd edək ki, həmin kitab ilk dəfə 1986-cı ildə Bakıda rus dilində çapdan çıxıb və elmi ictimaiyyət tərəfindən yüksək dəyərləndirilib. Kitab ərəb coğrafiya elminin ilk nümayəndəsi İbn Xordadbehin (IX əsr) əsərinin tərcüməsi və şərhləri əsasında hazırlanıb. Burada Xilafət dövrü Cənubi Qafqaz, Orta Asiya ölkələrinin tarixinə, tarixi coğrafiyasına dair qiymətli məlumatlar verilir.

Xatırladaq ki, “Palmarium Academic Publishing” nəşriyyat evi akademik səviyyəli tədqiqat əsərlərini nəşr edir. Təşkilat Amerika Kitab Satış Assosiasiyasının, Böyük Britaniya və İrlandiya Kitab Satış Assosiasiyasının üzvüdür. Nəşriyyat evinin çap etdirdiyi kitablar məşhur şəbəkələr, o cümlədən www.amazon.de, www.amazon.co.uk, www.amazon.com,www.bookbutler.de, www.ljubljuknigi.ru vasitəsilə bütün dünyada yayımlanır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: