AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr idarəsinin rəisi, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Qulam Babayev 6-11 dekabr 2015-ci il tarixlərində Fransanın Monpelye şəhərində ezamiyyətdə olacaq.
Məqsəd Avropa Komissiyasının Erasmus+ proqramı üzrə Fransanın Monpelye Universitetinin koordinator olduğu və Azərbaycan Milli Elmlər Akademiyasının tərəfdaş kimi iştirak etdiyi “Nizami” layihəsi çərçivəsində ilkin görüşlərdə iştirak etməkdir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir