Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

İkinci Dünya müharibəsi dövrünə aid maraqlı faktlar aşkar olunub
24.11.2015 16:01
  • A-
  • A
  • A+

İkinci Dünya müharibəsi dövrünə aid maraqlı faktlar aşkar olunub

Məlumdur ki, cari il mayın 9-da faşizm üzərində qələbənin 70 ili tamam olmuş,bu əlamətdar gün Azərbaycan Milli Elmlər Akademiyasında təntənəli şəkildə qeyd edilmişdir.

Akademiyanın bununla əlaqədar həyata keçirdiyi tədbirlər çərçivəsində AMEA Rəyasət Heyəti aparatının Azərbaycanda elmi irsin toplanması və sistemləşdirilməsi mərkəzinin rəhbəri, tarix üzrə elmlər doktoru Zemfira Hacıyeva araşdırmalar aparmışdır. Nəticədə aşkar olunan unikal tarixi faktlar Azərbaycanı bir daha tolerantlıq, humanizm və multikulturalizmin mövcud olduğu bir ölkə kimi təsdiq etmişdir.

Həmin nadir materialların araşdırılması və təhlili zamanı 1940-cı illərin əvvəllərinə aid kinoxronikada İspaniyadan Azərbaycana kimsəsiz uşaqların gətirildiyi təsdiqlənmişdir. İkinci Dünya müharibəsinin ağır illərində Hitler Almaniyasının işğalına məruz qalmış İspaniyadan olan uşaqlaraAzərbaycan torpağında sığınacaq verilmişdir.

Azərbaycan SSR-nin xalq şairi, əməkdar incəsənət xadimi Rəsul Rzanın sözləri ilə başlayan tarixi kinoxronikanın məlumatına görə, 500 mindən çox ispan öz Vətənini tərk etmək məcburiyyətində qalmışdır. Nadir kadrlarda “Feliks Dzerjinski”  adına buxarlı gəmidə Azərbaycana gətirilən minlərlə ispaniyalı uşaqların görüntüləri əks olunmuşdur.

Azərbaycan xalqı müharibə illərində ağır günlər keçirməsinə baxmayaraq qlobal səviyyədə multikulturalizm, tolerantlıq, sülh, əməkdaşlıq və qarşılıqlı anlaşma dəyərlərinin aşılanması prosesinə əvəzsiz töhfələr vermişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: