Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Mərkəzi Elmi Kitabxananın fondu zənginləşir
11.11.2015 10:13
  • A-
  • A
  • A+

Mərkəzi Elmi Kitabxananın fondu zənginləşir

Şərqşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Şahin Mustafayev UNESCO-nun Beynəlxalq Mərkəzi Asiya Tədqiqatları İnstitutunda nəşr olunan otuzdan çox kitabı AMEA-nın Mərkəzi Elmi Kitabxanasına hədiyyə edib.

Təqdim olunan kitablar institutun həyata keçirdiyi müxtəlif elmi-araşdırma layihələrinin nəticələrini əks etdirir.

Kitablar əsasən İpək Yolu üzərində yerləşən Mərkəzi Asiya ölkələrinin, eləcə də ətraf bölgələrin tarixinə və mədəniyyətinə həsr edilib. Onların arasında arxeologiyaya, o cümlədən bölgənin köçəri mədəniyyəti, miniatür və dekorativ sənəti, Qazaxıstanın arxeoloji memarlığına dair kitablar, Səmərqənd muzeyində saxlanılan ərəb qrafikalı əlyazmaların kataloqu, institutun dövri bülletenləri və digər əsərlər yer alıb.

Ş.Mustafayev kitabların ingilis və rus dillərindəki nəşrlərini MEK-ə təqdim edib.

Kitabxananın direktoru, tibb üzrə fəlsəfə doktoru Leyla İmanova təqdim edilən elmi əsərlərin oxucularda böyük maraq doğuracağını və alimlərimiz üçün faydalı olacağını söyləyib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

 

  • Paylaş: