Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Azərbaycan alimlərinin əsəri ABŞ-da çap olunub
06.11.2015 13:48
  • A-
  • A
  • A+

Azərbaycan alimlərinin əsəri ABŞ-da çap olunub

Bu yaxınlarda Amerika Birləşmiş Ştatlarının “Nova Elm Nəşriyyatında “Ekoloji tədqiqatlar üzrə yeniliklər" (Advances in Environmental Research) kitabı çapdan çıxıb.

Kitabda dünyanın qabaqcıl ölkələrində ətraf mühitin öyrənilməsi ilə aparılan tədqiqatların yenilikləri öz əksini tapıb. Akademiklər Cəlal Əliyev, İradə Hüseynova, b.ü.f.d. Samirə Rüstəmova və Fəridə Quliyevanın həmmüəllif olduqları “Azərbaycanda buğdanın pas xəstəlikləri. Müqavimətə davamlı effektiv genlər" (Wheat Rusts in Azerbaijan: Effective Genes for Resistance). (Advances in Environmental Research, 2015, Volume 44, p. 193-220) kitab fəsli Azərbaycan üçün çox vacib olan bir problemə - buğda bitkisində pas xəstəliklərinin tədqiqinə və xəstəliyə effektiv davamlı genlərin identifikasiya edilməsinə həsr olunub.  

Hazırda bütün dünyada buğdanın pas xəstəlikləri məhsuldarlığı və məhsulun keyfiyyətini aşağı salan təhlükəli xəstəliklərdən hesab olunur. Buna görə də  pas xəstəlikləri ilə mübarizədə patogenlərə davamlı sortların yaradılması üçün davamlılıq genlərinin identifikasiyasına və onların dünyanın müxtəlif coğrafi regionlarında effektivliyinin tədqiqi üzrə geniş tədqiqat işləri aparılır. Bu baxımdan Azərbaycan alimlərinin adıçəkilən kitabda çap olunmuş elmi əsərinin əhəmiyyəti böyükdür. Qeyd etmək lazımdır ki, Azərbaycanın müxtəlif bölgələrindən ancaq 2014-2015-ci illərdə toplanmış buğda genotiplərini yoluxduran  Puccinia graminis  >f. sp.  Tritici ( Pgt)  göbələyinin 4 gövdə pası nümunələri  ilə aparılan SNP ( Single nucleotide polymorphism)  / MLG ( Multi Lokus genotypes) > tədqiqatları nəticəsində bir çox  nümunənin elm üçün yeni ras qrupu təşkil etdiyi müəyyən edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: