Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Həkim Möminin töhfəsi” kitabının I cildi çapdan çıxıb
17.12.2013 00:00
  • A-
  • A
  • A+

“Həkim Möminin töhfəsi” kitabının I cildi çapdan çıxıb

AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu tərəfindən Mir Məhəmməd Hüseyni Möminin “Həkim Möminin töhfəsi” kitabının I cildi çapdan çıxıb.

Səfəvilər dövrünün istedadlı alim-təbibi olan M.Mömin Şah Süleymanın sarayında çalışdığı zaman yazdığı bu əsərdə Zəkəriyya Razi, İbn Sina, İbn Baytar və başqa məşhur təbabət alimlərinin əsərlərindən və özünün şəxsi təcrübəsindən istifadə edərək, Şərq təbabəti və əczaçılığının nəzəri və praktiki məsələləri barədə məlumat vermişdir.

Əsər XX əsrin əvvəllərinə qədər Yaxın və Orta Şərqdə təbiblər arasında çox yayılmış və geniş istifadə edilən kitablardan biri olmuşdur.

Kitab fars dilindən tərcümə edən, ön söz, izah və şərhlərin müəllifi Kamil Hüseynoğludur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: