“Google” şirkətinin vitse-prezidenti Vinton Qrey Serf(Vinton Grey Cerf) ötən ilin may ayında keçirilmiş seçkilərdə ACM-in (Hesablama Texnikası Assosiasiyası) prezidenti seçilib.
“İnternetin atası” adlandırılan, 1967-ci ildən assosiasiyanın üzvü olan V.Serf ACM-ə 30 iyun 2014-cü il tarixinədək rəhbərlik edəcək.
Qeyd edək ki, 1947-ci ildə əsası qoyulan ACM dünyada kompüter sahəsi üzrə ən böyük elm və təhsil cəmiyyətidir. 2011-ci ilin məlumatına görə, assosiasiyanın 100.000-dən çox üzvü var.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.