Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Elm Tarixi İnstitutunun direktoru Rusiyada beynəlxalq tədbirdə iştirak edib
30.10.2015 15:43
  • A-
  • A
  • A+

Elm Tarixi İnstitutunun direktoru Rusiyada beynəlxalq tədbirdə iştirak edib

26-28 oktyabr tarixlərində Rusiyanın Sankt-Peterburq şəhərində “Qlobal dünyada intellektual mobillik” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

Tədbirdə ölkəmizi təmsil edən AMEA Elm Tarixi İnstitutunun direktoru, tarix üzrə elmlər doktoru Məryəm Seyidbəyli “Elmi diaspora ölkə elminin inkişafı resursu kimi” mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi Azərbaycanda “Beyin axını” səbəblərinin dinamikasından danışıb, ölkə rəhbərliyinin bu sahəyə olan  diqqəti və “Beyin axını”ının qarşısının alınması istiqamətində görülən işlərdən söz açıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: