Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Yeraltı suların hərəkət və temperatur göstəricilərinin dəqiq monitorinqi aparılacaq
13.12.2013 00:00
  • A-
  • A
  • A+

Yeraltı suların hərəkət və temperatur göstəricilərinin dəqiq monitorinqi aparılacaq

Şamaxıda yeraltı sularda zəlzələlərdən qabaq baş verən dəyişikliklərin dəqiq monitorinqi aparılacaq.

Belə ki, Almaniyanın Qotenberq Universitetinin professoru Güter Buntebart yeraltı suların hərəkəti və temperatur şəraitinin daha dəqiq monitorinqini aparmağa imkan verən yeni cihaz ixtira edib. Yeni avadanlığı ilk dəfə Qafqaz regionunda Gürcüstanda sınaqdan keçirən alim onu Azərbaycanda da təcrübədən keçirmək niyyətindədir. O, elmi-tədqiqat cihazının bir nümunəsini AMEA Geologiya İnstitutuna hədiyyə edib.

İnstitutun Hidrogeologiya və mühəndis geologiya” şöbəsinin rəhbəri, geologiya-minerologiya elmləri doktoru, professor Yusif İsrafilov bildirir ki, avadanlıq AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin Şamaxıda yerləşən poliqonunda su quyularının birində quraşdırılacaq. Onun sözlərinə görə, nümunəvi monitorinq seysmik baxımdan aktiv zona olan bu rayonda elmi əhəmiyyətli nəticələr verərsə, geniş miqyaslı tədqiqatlara başlanıla bilər. Sözügedən cihaz hidrogeologiyanın digər istiqamətlərində də tədqiqatlar aparmağa imkan verir.

Məlumatı AMEA Geologiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsi yayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: