Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

AMEA-nın müxbir üzvü Elbrus Əlizadə Rusiyada keçiriləcək beynəlxalq tədbirdə məruzələrlə çıxış edəcək
19.10.2015 15:02
  • A-
  • A
  • A+

AMEA-nın müxbir üzvü Elbrus Əlizadə Rusiyada keçiriləcək beynəlxalq tədbirdə məruzələrlə çıxış edəcək

Coğrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Elbrus Əlizadə oktyabrın 21-dən 23-dək “Elm, təhsil, mədəniyyət və məlumat-maarifləndirmə fəaliyyəti dağlıq ərazilərin dayanaqlı inkişafının əsasıdır” mövzusunda keçirilən VIII Beynəlxalq konfransda iştirak etmək üçün Rusiya Federasiyasının Şimali Osetiya-Alaniya Respublikasına ezam ediləcək.

Konfransın işi dağlıq ərazilərin dayanıqlı inkişafında yerli özünüidarəetmənin rolu, elm, təhsil, mədəniyyət, demoqrafiya, səhiyyə sahəsində problem və nailiyyətlər, turizm-rekreasiya, ətraf mühitin qorunması və s. istiqamətlər üzrə olacaq.

Beynəlxalq konfransda Elbrus Əlizadə c.ü.f.d. Starə Tarixazər ilə birgə hazırladıqları “Böyük Qafqazın cənub yamacının dağlıq geosistemlərində sel proseslərinin inkişafında yüksəklik-landşaft asılılığı” və “Böyük Qafqazın Azərbaycan hissəsində sürüşmə prosesləri inkişafının antropogen-dinamik xüsusiyyətləri” mövzusunda məruzələrlə çıxış edəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: