Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

14.10.2015 11:49
  • A-
  • A
  • A+

AMEA prezidenti Avropa Nüvə Tədqiqatları Mərkəzinin nümayəndə heyəti ilə görüşüb

AMEA prezidenti Avropa Nüvə Tədqiqatları Mərkəzinin nümayəndə heyəti ilə görüşüb

AMEA prezidenti, akademik Akif Əlizadə Avropa Nüvə Tədqiqatları Mərkəzinin (CERN) “ALİCE” Təcrübəsinin sədri, professor Paolo Ciubellinonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.  

Görüşün əsas məqsədi AMEA ilə CERN arasında əməkdaşlıq perspektivlərinin müzakirəsi olub.

Görüşdə AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi v.i.e., AMEA-nın müxbir üzvü Nazim Məmmədov, həmçinin Milli Nüvə Tədqiqatları Mərkəzinin sədri, akademik Adil Qəribov iştirak ediblər.

Akademik Akif Əlizadə qonaqlara akademiyanın strukturu və əsas fəaliyyət istiqamətləri barədə məlumat verib, AMEA ilə CERN arasında mövcud əməkdaşlıq əlaqələrindən danışıb. Nüvə tədqiqatları sahəsində Avropa təcrübəsinin Azərbaycanlı alimlər üçün maraqlı olduğunu söyləyən AMEA rəhbəri ikitərəfli əməkdaşlığın bundan sonra da səmərəli olacağına əminliyini ifadə edib.

Professor Paolo Ciubellino Avropa Nüvə Tədqiqatları Mərkəzinin fəaliyyəti və Azərbaycanla əlaqələri, eləcə də mərkəzin “ALİCE” Təcrübəsi barədə ətraflı məlumat verib. O, akademik Akif Əlizadənin rəhbərlik edəcəyi nümayəndə heyətini 2016-cı ilin aprelində Avropa Nüvə Tədqiqatları Mərkəzinə səfərə dəvət edib.

Görüşdə AMEA və CERN arasında niyyət protokolunun hazırlanması üçün razılıq əldə edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

 

  • Paylaş: