Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

“Azərbaycan Respublikasının coğrafiyası” adlı üçcildlik monoqrafiyanın təqdimatı keçiriləcək
12.10.2015 13:36
  • A-
  • A
  • A+

“Azərbaycan Respublikasının coğrafiyası” adlı üçcildlik monoqrafiyanın təqdimatı keçiriləcək

Oktyabrın 14-də saat 11:00-da  Beynəlxalq Mətbuat Mərkəzində  AMEA Coğrafiya İnstitutunun təşkilatçılığı ilə  “Azərbaycan Respublikasının coğrafiyası” adlı üçcildlik monoqrafiyanın təqdimatı keçiriləcək.

Azərbaycanın coğrafiyasına aid nəfis şəkildə tərtib olunmuş bu böyük fundamental elmi əsər  “Azərbaycanın fiziki coğrafiyası”, “Azərbaycanın iqtisadi və sosial coğrafiyası” və “Azərbaycanın regional coğrafiyası” kitablarından ibarətdir. Hər biri təxminən 500-600 səhifədən ibarət olan əsərlər Azərbaycanın relyefi, iqlimi, landşaftları, su ehtiyatları, o cümlədən iqtisadi, regional problemlərinə həsr olunub.

Ünvan: Bakı şəh., Mətbuat pros., 23, 6-cı mərtəbə, dairəvi zal.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: