Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

12.10.2015 09:57
  • A-
  • A
  • A+

Görkəmli şərqşünas alim Aida İmanquliyevanın xatirəsi anılıb

Görkəmli şərqşünas alim Aida İmanquliyevanın xatirəsi anılıb

Oktyabrın 10-da AMEA Şərqşünaslıq İnstitutuAilə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin kollektivləri, eləcə də respublikamızın qadın ictimaiyyətinin nümayəndələri İkinci Fəxri xiyabanda görkəmli şərqşünas alim, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın məzarını ziyarət edib, alimin məzarı önünə əklillər qoyulub.

Şərqşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Gövhər Baxşəliyeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova və YAP Qadınlar Şurasının İdarə Heyətinin üzvü, YAP Nəsimi rayon  Qadınlar Şurası sədrinin müavini Zərifə Quliyeva çıxış edərək görkəmli alimin keçdiyi mənalı həyat yolundan, dünya şərqşünaslığı üçün qoyduğu zəngin elmi irsdən söz açıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: