Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Bakı Oksford məktəbliləri Botanika İnstitutunda təcrubə keçib
10.12.2013 00:00
  • A-
  • A
  • A+

Bakı Oksford məktəbliləri Botanika İnstitutunda təcrubə keçib

İstanbulda (Türkiyə) keçiriləcək Beynəlxalq Elmi Layihə yarışmasında Bakı Oksford məktəbini təmsil edən şagirdlər Selinə Çıraqzadə və Cəmilə Rzayeva yarışda təqdim ediləcək elmi mövzu ilə əlaqədar olaraq (bitki mənşəli bir sıra bioloji fəal maddələrin alınması texnologiyalarının mənimsənilməsi) tədqiqatlar aparmaq məqsədilə AMEABotanika İnstitutunun Bitki ehtiyatları şöbəsində təcrübə keçiblər.

Şöbənin əməkdaşı, b.ü.f.d. Lətafət Mustafayeva şagirdələrə laboratoriyada aparılan elimi-tədqiqat işləri haqda ümumi məlumat verib. Həmçinin onları bioloji fəal maddələrin rolu, bitki materilallarının analizə hazırlanması, təcrübə aparmaq üçün istifadə olunan avadanlıq və aparatlardan istifadə qaydaları ilə tanış edib.

Oksford məktəblilərinə “Bitki ehtiyatları” şöbəsinin müdiri, b.e.d. Eldar Novruzovvə başqaları tərəfindən modifikasiya edilmiş metodla yabanı halda bitən Zəfəran (Crocus sativa) bitkisinin müxtəlif hissələrində rütubət, quru maddələrin, C vitamininin, həmçinin çiçək ləçəklərində antosianların miqdarının təyin edilməsi metodu öyrədilib.

Məktəbin müəllimləri Təranə Qədirova, Gültəkin Rzayeva və b.e.d. E.Novruzov müzakirələrdə çıxış edərək şagirdlərdə biologiya elminə marağın aratırılması istiqamətində belə təcrübələrin əhəmiyyətli olduğunu və institut əməkdaşları ilə məktəb arasında əlaqələrin genişləndirilməsinin zəruriliyni qeyd ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: