Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Müasir Azərbaycan dilinin intensivlik qrammatikası” hazırlanıb
08.10.2015 07:55
  • A-
  • A
  • A+

“Müasir Azərbaycan dilinin intensivlik qrammatikası” hazırlanıb

AMEA Dilçilik İnstitutunda müasir linqvistik tədqiqatlar genişlənməkdədir.

İnstitutun Müasir Azərbaycan dili şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor İsmayıl Kazımov tərəfindən ilk dəfə olaraq “Müasir Azərbaycan dilinin intensivlik qrammatikası” əsəri yazılıb.

Bu əsər adi, normativ qrammatikalardan fərqlənir. Əsərin ayrı-ayrı bölmələrində intensivlik kateqoriyasının mahiyyəti, məzmunu, semantikası açılır, onun dilin qrammatik quruluşunda yeri və mövqeyi açıqlanır, intensivliyin ifadə imkanları və səviyyələri (morfoloji səviyyədə və sintaktik səviyyədə) müəyyənləşdirilir. Burada qrammatik göstəricilərin ekspressiv kəmiyyətinin dərəcələri faktları şərh edilir. Həmin qrammatika qrammatik quruluşun ekspressiv sintaksislə, emosional mətnlərlə, nitq predmetinin qiymətləndirmə faktorları ilə, qraduallıq və kəmiyyət artımı dərəcələri ilə bağlı məsələləri üzə çıxarılır.

Əsərdə intensivliyin ümumi prinsipləri nitqin funksional sferasında gerçəkləşir. Bildirilir ki, həmin sferada müqayisə dərəcələri formal göstəricilər kimi çıxış edir. Adektiv və adverbial vahidlər qarşı-qarşıya gəlir, bir-birinə təsir göstərirlər. Bu təsir nəticəsində meydanda olan morfemlərin xarakteristikası üçün “kəsişmə zonaları” yaranır. Bu zonalarda qrammatik intensivlik şkalaları görünür. “Kəsişmə zonaları” aşağıdakı binar keyfiyyətdə qruplaşır: intensivlik və uzunluq; intensivlik və proseslik (hadisələrin gedişi, inkişafı); intensivlik və qətedicilik, yəni tamamlayıcılıq, son, nəticə; intensivlik və ekspressivlik. Bu “kəsişmə zonaları” dilin ümumi qrammatik prinsiplərinə əsaslanır.

Əsərin yaxın vaxtda çapdan çıxması nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: