Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Rusiyalı alimlər Geologiya və Geofizika İnstitutunda məruzə ilə çıxış ediblər
08.10.2015 09:16
  • A-
  • A
  • A+

Rusiyalı alimlər Geologiya və Geofizika İnstitutunda məruzə ilə çıxış ediblər

Oktyabrın 7-də AMEA Geologiya və Geofizika İnstitutunda (GGİ) Rusiyanın Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun (BNTİ) Neytron fizikası laboratoriyasının 60 illik elmi tədqiqatlarına dair Yer elmləri sahəsində ümumrespublika elmi seminarı keçirilib.

Tədbiri institutun elmi işlər üzrə direktor müavini, geologiya-mineralogiya elmləri doktoru Dadaş Hüseynov açıb. O, Rusiyanın Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun (BNTİ) Neytron fizikası laboratoriyasının direktoru, professor Valeriy Şvetsovu salamlayıb, yubileylə əlaqədar onu və rəhbərlik etdiyi kollektivi təbrik edib.

Sonra qonaq laboratoriyanın uzunmüddətli fəaliyyəti, o cümlədən tədqiqatları və nailiyyətləri, mühüm nəticələri barədə məruzə ilə çıxış edib. Mövzu çərçivəsində BNTİ-nin Yüksək enerjilər fizikası laboratoriyasının rəhbəri, texnika elmləri doktoru Sergey Tyutyunnikovun da çıxışı dinlənilib. Tədqiqatlarla bağlı məlumatlar seminar iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb, mövzu ətrafında geniş müzakirələr aparılıb.

Daha sonra “Yer qabığında yüksək dəqiq temperatur müşahidələri: nəticələr və onların tətbiqi (Azərbaycan ərazisi üçün)” mövzusunda məruzə dinlənilib. GGİ-nin Geotermiya şöbəsinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru Abdulvahab Muxtarov mövzu üzrə aparmış olduğu tədqiqatların nəticələrindən bəhs edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

 

  • Paylaş: