Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

07.10.2015 15:17
  • A-
  • A
  • A+

Azərbaycanlı alimlər Avstraliyada keçirilən beynəlxalq konsorsiumun seminarında iştirak ediblər

Azərbaycanlı alimlər Avstraliyada keçirilən beynəlxalq konsorsiumun seminarında iştirak ediblər

Avstraliyanın Sidney şəhərində Borlauq Qlobal Ras Təşəbbüsü (Borlaug Global Rust Initiative) beynəlxalq konsorsiumunun növbəti seminarı keçirilib.

Qeyd edək ki, sözügedən konsorsium ilk dəfə 2008-ci ildə ICAR, ICARDA, CIMMYT, FAO beynəlxalq təşkilatlarının və Avstraliyanın Cornell Universitetinin birgə səyləri nəticəsində yaradılıb. Konsorsiumun əsas məqsədi dünyada ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədilə buğdanın pas xəstəliklərinə nəzarət və xəstəliklərlə mübarizənin həyata keçirilməsi istiqamətində beynəlxalq əməkdaşlığın təşkilidir. 

Seminar çərçivəsində buğdanın pas xəstəlikləri üzrə aparılan ən müasir tədqiqatların nəticələrini əks etdirən məruzələr dinlənilib, geniş müzakirələr aparılıb.

Diqqətə çatdıraq ki, uzun illərdir Azərbaycan Elmi-Tədqiqat Əkinçilik İnstitutunda akademik Cəlal Əliyevin rəhbərliyi ilə buğdanın pas xəstəliklərinin öyrənilməsi istiqamətində tədqiqat işləri aparılır. Son 5 il ərzində isə AMEA Botanika İnstitutunda buğdanın qonur, sarı və gövdə pasına davamlılıq genlərinin öyrənilməsi üzrə tədqiqatlara başlanılıb və əhəmiyyətli nəticələr əldə olunub. Bu tədqiqatlar ABŞ Kənd Təsərrüfatı Departamenti Bitki Xəstəlikləri laboratoriyasının əməkdaşı, doktor Les Szabo ilə birgə aparılır.

Birgə tədqiqatların nəticələri beynəlxalq seminarda akademik Cəlal Əliyev, akademik İradə Hüseynova, b.ü.e.d. Dilzarə Ağayeva, b.ü.f.d. Etibar İbrahimov, b.ü.f.d. Samirə Rüstəmova, doktor Les Szabo tərəfindən təqdim olunan məruzədə öz əksini tapıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

 

  • Paylaş: