Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Turan Cavidin xatirəsi anılıb
02.10.2015 10:26
  • A-
  • A
  • A+

Turan Cavidin xatirəsi anılıb

Oktyabrın 2-də AMEA Hüseyn Cavidin Ev Muzeyində şairin qızı, Əməkdar incəsənət xadimi, Hüseyn Cavid mükafatı laureatı, teatrşünas Turan Cavidin anım günü keçirilib.

Bu münasibətlə muzeydə Turan Cavidin həyat və fəaliyyətini əks etdirən sərgi nümayiş etdirilib.

Muzeyə gələn ziyarətçilər sərgi ilə yaxından tanış olublar. Onlara Turan Cavidin şərəfli və keşməkeşli həyat salnaməsi barədə geniş məlumat verilib. Qonaqlar muzeyin direktoru, fil.ü.e.d. Gülbəniz Babaxanlının layihə müəllifi və tərtibçisi olduğu “Turan Cavid. Ömür səlnaməsi” kitabına xüsusilə böyük maraq göstəriblər.

Qeyd edək ki, oktyabr ayı “Cavidlər ayı” kimi ənənəvi olaraq hər il qeyd olunur. Turan Cavid, Ərtoğrol  Cavid və Hüseyn Cavidin doğum günləri məhz bu aya təsadüf edir. Muzeydə yaxın günlərdə adları çəkilən digər yaradıcı simaların da doğum günlərinin ildönümləri qeyd ediləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: