Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Azərbaycanlı alim MDB ölkələri Nəbatat Bağları Şurasının qurultayında iştirak edib
30.09.2015 09:19
  • A-
  • A
  • A+

Azərbaycanlı alim MDB ölkələri Nəbatat Bağları Şurasının qurultayında iştirak edib

Qazaxıstan Respublikasının Almatı şəhərində keçirilən Beynəlxalq Elmlər Akademiyası Assosasiyasının MDB ölkələri Nəbatat Bağları Şurasının III qurultayına dəvət olunan AMEA Mərkəzi Nəbatat Bağının elmi işlər üzrə direktor müavini, b.ü.f.d. Vahid Fərzəliyev təbirdə məruzə ilə çıxış edib.

Qurultayda MDB ölkələri Nəbatat Bağları Şurasının ayrı-ayrı ölkələr üzrə nadir və nəslikəsilməkdə olan bitkilər, landşaft memarlığı və fitodizayn, invaziv növlər və biotexnologiya komissiyalarının  hesabatları dinlənilib. Həmçinin Şuranın gələcək planları üzrə qətnamə qəbul edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: