Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

AMEA Riyaziyyat və Mexanika İnstitutunda növbəti ümuminstitut seminarı keçirilib
30.09.2015 08:27
  • A-
  • A
  • A+

AMEA Riyaziyyat və Mexanika İnstitutunda növbəti ümuminstitut seminarı keçirilib

Sentyabrın 30-da AMEA Riyaziyyat və Mexanika İnstitutunda növbəti ümuminstitut seminarı keçirilib.

Tədbirdə  Almaniyanın Humboldt Universitetinin doktorantı İlmar Qəhrəmanovun  “Yanq-Bakster tənliyinin  həlli” mövzusunda məruzəsi dinlənilib.

Məruzənin məqsədi inteqrallanan modellər və xüsusilə dəqiq həll olunan qəfəs modelləri ilə bağlı son illər baş verən inkişafı müzakirə etmək olub. Məruzədə Yanq–Bakster tənliyi, ulduz-üçbucaq münasibəti və onların xassələri ətrafında geniş fikir mübadiləsi aparılıb. Daha sonra Yanq-Bakster tənliyinin yeni həlləri təqdim edilib.

Seminarda, həmçinin Yanq-Bakster tənliyi və riyaziyyatın digər sahələri arasındakı əlaqələrdən də bəhs olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: