www.science.az
30.09.2015 10:25

AMEA-nın müxbir üzvü İslam Mustafayev Xorvatiyada beynəlxalq tədbirdə iştirak edir

Radiasiya Problemləri İnstitutunun laboratoriya müdiri, AMEA-nın müxbir üzvü İslam Mustafayev Xorvatiya Respublikasının Dubrovnik şəhərində keçirilən “Enerji, su ehtiyatları və ekoloji sistemlərin davamlı inkişafına dair” mövzusunda X Beynəlxalq konfransda iştirak edir.

Beynəlxalq tədbirdə İ.Mustafayev “Hidrogen energetikasının azkarbonlu texnologiyaları” mövzusunda məruzə ilə çıxış edəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir