Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Genetik alqoritmlər” kitabı işıq üzü görüb
29.09.2015 13:07
  • A-
  • A
  • A+

“Genetik alqoritmlər” kitabı işıq üzü görüb

“Genetik alqoritmlər” adlı kitab işıq üzü görüb. Kitabın müəllifləri AMEA İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşları - fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Tofiq Kazımov, institutun böyük elmi işçisi Tamilla Bayramova, elmi redaktoru isə texnika elmləri doktoru Ramiz Alıquliyevdir.

Kitabda genetik alqoritmlərin (GA) əsas strategiya və prinsipləri göstərilib, GA operatorlarının bir neçə modelləri haqqında məlumat verilib və GA-nın tətbiqinə aid bir neçə misal göstərilib. Müxtəlif optimallaşdırma məsələlərində GA-nın üstünlükləri və çatışmazlıqları haqqında məlumat verilib.

Yeni nəşr informasiya texnologiyaları sahəsində optimallaşma məsələlərinin həlli, intellektual sistemlərin yaradılması, elm, texnika, tədris, biznes və iqtisadiyyatda yeni informasiya texnologiyalarının tətbiqi ilə məşğul olan mütəxəssis, dissertant və tələbələr üçün nəzərdə tutulub.   

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: