www.science.az
28.09.2015 14:52

Akademik Nailə Vəlixanlı Rusiyada I Avrasiya Qadınlar Forumunda iştirak edib

AMEA Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı Rusiyanın Sankt-Peterburq şəhərində I Avrasiya Qadınlar  Forumunda iştirak edib. Forum II Dünya müharibəsinin 70 illiyinə həsr olunub.

Tədbirdə Avrasiya ölkələri arasında sosial təhlükəsizlik, dayanıqlı və davamlı inkişaf üçün beynəlxalq əməkdaşlıq məsələləri müzakirə olunub. Forumda qadınların iqtisadi şəraitdə, siyasətdə, cəmiyyətə sosial inteqrasiyada rolu ilə bağlı çıxışlar dinlənilib.

Tədbirdə II Avrasiya Qadınlar Forumunun 2018-ci ildə Sankt-Peterburq şəhərində keçirilməsi qərara alınıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir