Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun maliyyə dəstəyi ilə yerinə yetirilən “Ədəbiyyat nəzəriyyəsi: İnkişaf mərhələləri və problemlər” adlı layihənin rəhbəri, AMEA Ədəbiyyat İnstitutunun Ədəbiyyat nəzəriyyəsi şöbəsinin müdiri, professor Tahirə Məmməd sözügedən layihə ilə bağlı Qazaxıstanın paytaxtı Astana şəhərində elmi ezamiyyətdə olub.
Ezamiyyət müddətində Beynəlxalq Türk Akademiyasında layihənin təqdimatı keçirilib. Mərasimdə T.Məmməd layihə barədə ətraflı məlumat verib, mütəxəssislərlə birgə geniş fikir mübadiləsi aparılıb.
Azərbaycanlı alim, həmçinin Beynəlxalq Türk Akademiyası və Qazaxıstan Milli Elmi Kitabxanasında mövzu ilə bağlı tədqiqatlar aparıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir