Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

İnnovasiya şöbəsinin rəisi Qırğızıstanda keçirilmiş Qlobal Forumda iştirak edib
18.09.2015 10:03
  • A-
  • A
  • A+

İnnovasiya şöbəsinin rəisi Qırğızıstanda keçirilmiş Qlobal Forumda iştirak edib

14-17 sentyabr 2015-ci il tarixlərində Qırğızıstanın İssık-Kul bölgəsində “Kənd yerlərində məsləhət xidmətləri üzrə Qlobal Forumun” VI konfransı keçirilib. Konfransın məqsədi kənd yerlərində məsləhət xidmətlərini daha da təkmilləşdirmək üçün innovativ alət və metodları öyrənmək, müxtəlif ölkələrlə bilik və təcrübə mübadiləsi təşkil etmək, həmçinin bu sahədə beynəlxalq əməkdaşlığı gücləndirmək olub.

Tədbirdə ölkəmizi AMEA Rəyasət Heyəti aparatının İnnovasiya şöbəsinin rəisi, aqrar elmlər üzrə fəlsəfə doktoru Vüqar Babayev təmsil edib. Azərbaycanlı alimin “Azərbaycanda kənd məsləhət xidmətlərində informasiya kommunikasiya texnologiyaların tətbiqi” mövzusunda məruzəsi konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Tədbir çərçivəsində Qlobal Forumun 2016-2020-ci illər üzrə strategiyası müzakirə edilib, innovativ tətbiqi metodlarla bağlı təqdimat, tematik seminar və regional əməkdaşlıq imkanları araşdırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: