Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Dünyanın 18 ölkəsindən olan gənc alim və mütəxəssis Bakıda toplaşacaq
14.09.2015 10:49
  • A-
  • A
  • A+

Dünyanın 18 ölkəsindən olan gənc alim və mütəxəssis Bakıda toplaşacaq

12-15 oktyabr 2015-ci il tarixlərində Geologiya və Geofizika İnstitutu tərəfindən AMEA-nın 70 illiyinə həsr olunan “Geologiya və geofizikanın problemlərinin həllində multidissiplinar yanaşma” mövzusunda VI beynəlxalq elmi konfrans keçiriləcək.

İnstitutun Gənc Alim və Mütəxəssislər Şurası tərəfindən təşkil olunan tədbirə qatılmaq üçün dünyanın 20 ölkəsindən olan 200-dən çox alim və mütəxəssis, o cümlədən doktorant və magistr, həmçinin tələbə müraciət edib. Müraciətlərin ekspertizası nəticəsində 18 ölkədən 150 gənc tədqiqatçının tədbirdə iştirak edəcəyi müəyyənləşdirilib. Hazırda konfransla bağlı təşkilati işlər həyata keçirilir.

Tədbirin rəsmi aşılış mərasimi AMEA-nın Əsas binasında baş tutacaq. Geologiya və geofizikanın müxtəlif istiqamətləri üzrə çıxış və təqdimatlar isə Geologiya və Geofizika İnstitutunda olacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: