Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

“Akademik elm həftəliyi – 2015” mövzusunda beynəlxalq forum keçiriləcək
10.09.2015 12:08
  • A-
  • A
  • A+

“Akademik elm həftəliyi – 2015” mövzusunda beynəlxalq forum keçiriləcək

Noyabrın 2-dən 4-dək Bakıda AMEA-nın təşkilatçılığı ilə bu qurumun 70 illiyinə həsr olunan, gənc alim və mütəxəssislərin “Akademik elm həftəliyi – 2015” mövzusunda beynəlxalq multidissiplinar forumu keçiriləcək.

Forum respublikada fəaliyyət göstərən elmi-tədqiqat və təhsil müəssisələrinin, müvafiq nazirliklərin, elmin inkişafina dəstək verən fondların, sahibkarlıq və media subyektlərinin bir araya gətirilməsi məqsədini daşıyır.

Forum çərçivəsində müasir dövrdə xüsusi aktuallıq daşıyan multidissplinar elmi prioritet istiqamətlər üzrə beynəlxalq səviyyəli müzakirələrin aparılması və gənclərin bu diskussiyalarda fəal iştirakını təmin edən konfransın təşkili də nəzərdə tutulur.

Forumda institut və təşkilatların, elmi-istehsalat müəssisələrinin, müvafiq qurumların gənc alim və mütəxəssisləri iştirak edə bilərlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

 

  • Paylaş: