www.science.az
27.07.2015 10:31

İsmayılbəy təpə qədim yaşayış yerində aparılmış tədqiqatların ilkin nəticələri açıqlanıb

Cari ilin çöl-tədqiqat mövsümündə fəaliyyətini davam etdirən AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Qarabağ arxeoloji ekspedisiyası aparılmış tədqiqatlar barədə ilkin yekunları açıqlayıb. Qarabağ arxeoloji ekspedisiyasının rəhbəri, tarix üzrə fəlsəfə doktoru Xəqani Alməmmədovun sözlərinə görə, aparılmış tədqiqatların ilkin mərhələsində Ağdam rayonunun Armudlu kəndi yaxınlığındakı İsmayılbəy təpə qədim yaşayış yerində hündürlüyü 3,40 m, diametri 5,4 m olan  yaşayış evindən 4 təsərrüfat küpü, 1 uşaq qəbri və 200 ədəd sapand daşı aşkar edilib. Burada tapılan evlər memarlıq üslubuna görə Qafqaz arxeologiyası üçün unikal səciyyə daşıyır.

Qeyd edək ki, dörd çöl-tədqiqat mövsümündə İsmayılbəy təpə qədim yaşayış yerinin 400 kv. metr ərazisində qazıntı işləri aparılıb. Tədqiqat zamanı tapılmış üzvü qalıqların İsrailin Rexovot  şəhərindəki Veysman İnstitutunda radiokarbon analizləri göstərir ki, İsmayılbəy təpə qədim yaşayış məskəninin üst qatları e.ə. 5700-cü il hüdudlarına aiddir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir