www.science.az
27.07.2015 10:14

AMEA-nın müxbir üzvü Tofiq Məmmədov Kanadada elmi ezamiyyətdədir

İyulun 23-də Dendrologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Tofiq Məmmədov Kanadaya səfər edib. 30 iyul tarixinədək davam edəcək səfərdə məqsəd Kanadanın Edmonton şəhərində keçirilən “Botany 2015” Beynəlxalq konfransda “Azərbaycan Dendroflorasının təbii və mədəni bitkilərinin müqayisəli təhlili” mövzusunda məruzə ilə çıxış etməkdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir