Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Terminoloji informatika: formalaşma mərhələləri və inkişaf istiqamətləri” adlı ekpress-informasiya işıq üzü görüb
27.07.2015 09:00
  • A-
  • A
  • A+

“Terminoloji informatika: formalaşma mərhələləri və inkişaf istiqamətləri” adlı ekpress-informasiya işıq üzü görüb

AMEA İnformasiya Texnologiyaları İnstitutu tərəfindən (İTİ) “Terminoloji informatika: formalaşma mərhələləri və inkişaf istiqamətləri” adlı ekspress-informasiya çapdan çıxıb. Ekspress-informasiyanın müəllifləri AMEA-nın akademik-katibi, İTİ-nin direktoru, akademik Rasim Əliquliyev və bu elm müəssisəsinin sektor müdiri Əfruz Qurbanova, elmi redaktoru isə texnika üzrə fəlsəfə doktoru, dosent Zərifə Cəbrayılovadır.

“İnformasiya Texnologiyaları” nəşriyyatında çapdan çıxmış ekspress-informasiyada müasir dövrdə terminologiya fəaliyyətinin rolu və əhəmiyyəti, bu sahədə mövcud xarici təcrübə araşdırılıb, Terminologiya üzrə Beynəlxalq İnformasiya Mərkəzinin fəaliyyəti və beynəlxalq standartlar təhlil edilib. Bu standartlarda terminologiyanın müxtəlif problemlərini əhatə edən bir sıra məsələlərin əhəmiyyəti və onların tətbiqinin zəruriliyi qeyd olunub. Azərbaycanda terminologiya üzrə milli standartların işlənməsinin vacibliyi əsaslandırılıb.

Tədqiqat işində terminoloji informatika sahəsində aparılan tədqiqatların müasir vəziyyəti və onların müqayisəli təhlili verilmiş, terminoloji biliklər bazasının yaradılması imkanları analiz edilib.

İnformasiya Texnologiyaları İnstitutunun Elmi Şurasının qərarı ilə çapa tövsiyə olunmuş ekspress-informasiyada Azərbaycanda terminologiya fəaliyyətinə informasiya-kommunikasiya texnologiyaları mövqeyindən yanaşmanın zəruriliyi əsaslandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: