Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

“Qafqazda mədəni-dini irsin qorunması” mövzusunda beynəlxalq konfrans keçiriləcək
27.07.2015 08:52
  • A-
  • A
  • A+

“Qafqazda mədəni-dini irsin qorunması” mövzusunda beynəlxalq konfrans keçiriləcək

Cari ilin sentyabrında AMEA İnsan Hüquqları İnstitutu və AR Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Qafqazda mədəni-dini irsin qorunması” mövzusunda beynəlxalq konfrans keçiriləcək.

Tədbirdə “Alban abidələrinin qorunması”, “Qafqazda mədəni-dini müxtəliflik tarixi ənənə kimi”, “Qafqazda mövcud olan etnik münaqişələrin mədəni-dini irsin dağıdılmasına təsiri”, “Azərbaycanda mövcud olan multikultural dəyərlər mədəni irs kimi”, “Azərbaycan: mədəni və dini birgəyaşayışın modeli”, “Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarında tarixi və dini abidələrin məhv edilməsi” mövzuları müzakirə olunacaq.

Konfransda siyasi, iqtisadi, sosial və humanitar elmlər üzrə mütəxəssis və elmi tədqiqatçılar, dövlət və qeyri-dövlət strukturlarının mövzu ilə əlaqəli məsul şəxsləri iştirak edə bilərlər.

Maraqlananlar tezislərini sentyabrın 5-dək iro@human.science.az elektron ünvanına göndərməlidirlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: