www.science.az
24.07.2015 11:41

“Azərbaycanın tarixi – memarlıq irsi gənclərin gözü ilə” layihəsi həyata keçirilib

 Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dövlət İqtisad Universiteti, Xəzər Universiteti, Gazelli Group, Bakı Biznes Mərkəzi və “İqtisadçı Tələbələrə Dəstək” İctimai Birliyinin tərəfdaşlığı ilə “Azərbaycanın tarixi–memarlıq irsi gənclərin gözü ilə” layihəsi həyata keçirilib.

Martın 15-dən başlayan layihə yeniyetmə və gənclər arasında rəsm müsabiqəsi formatında keçirilib, milli maddi memarlıq irsimizin təbliği və kütləviləşməsi məqsədi daşıyıb. Layihənin davamı olaraq xeyriyyə məqsədli tədbirlərin keçirilməsi planlaşdırılır. Həmçinin layihənin jurnal-kataloqunun nəşri nəzərdə tutulub. Kataloqda ümumi layihə haqqında məlumatla yanaşı, qalib onluğun rəsmləri də yer alacaqdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir