www.science.az
24.07.2015 10:13

ABŞ- da fəaliyyət göstərən azərbaycanlı alim Şamaxı Astrofizika Rəsədxanasında olub

ABŞ-ın Florida Universitetinin əməkdaşı, professor Dürdanə Balakişiyeva AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) olub.

Rəsədxanada aparılan elmi tədqiqatlar, fəaliyyət göstərən teleskoplar və onların işıqqəbulediciləri ilə yaxından tanış olan həmyerlimiz ŞAR-da keçirilmiş seminarda da iştirak edib. “Tünd materiya axtarışının keçmişi, bu günü və gələcəyi” mövzusunda məruzə edən D.Balakişiyevanın çıxışı seminar iştirakçıları tərəfindən maraqla qarşılanıb. O, ABŞ-da tünd materiyanın öyrənilməsi istiqamətində aparılan tədqiqatlar, bunun üçün yaradılmış xüsusi yeraltı rəsədxanalar, bu sahədə qazanılan uğurlar və gələcəkdə nəzərdə tutulan işləri diqqətə çatdırıb.

D.Balakişiyeva, həmçinin rəsədxananın direktoru vəzifəsini i.e., AMEA müxbir üzvü Namiq Cəlilovla da görüşüb.Görüşdə kosmologiya sahəsində ŞAR ilə birgə işlərin aparılması, rəsədxana əməkdaşlarının (xüsusən gənc kadrların) ixtisas artırmaq üçün ABŞ elmi mərkəzlərinə göndərilməsi və s. məsələlər ətrafında müzakirələr aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir