Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının əməkdaşları ilə görüş keçirilib
22.07.2015 08:21
  • A-
  • A
  • A+

Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının əməkdaşları ilə görüş keçirilib

Genetik Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Qiymətləndirmə missiyası üzrə mütəxəssisləri Dr. Bultemier Bernd və Dr. İzabel Lapena ilə görüşüb.

Görüşdə Z.Əkpərov rəhbərlik etdiyi elmi müəssisənin yaranma tarixi, fəaliyyət istiqamətləri barədə qonaqlara məlumat verib, bitki genetik ehtiyatlarının ex-situ və in-situ saxlanması sahəsində görülən işləri diqqətə çatdırıb.

Görüşdə, həmçinin FAO ilə institut arasında əməkdaşlığın perspektivləri müzakirə edilib.

Bildirilib ki, Qiymətləndirmə missiyasının məqsədi FAO-nun genetik ehtiyatlar sahəsində apardığı işin üzv ölkələrdə genetik ehtiyatların qorunması və davamlı istifadəsinə verdiyi töhfənin qiymətləndirilməsi, həmçinin iqtisadi, sosial və hüquqi məsələlərin FAO-nun mövcud proqramına yönəldilməsidir.

Sonda qonaqlar institutun struktur vahidi olan Milli Genbank və Biotexnologiya şöbəsinin fəaliyyəti ilə yaxından tanış olublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: